AZ

"İsrailin qərarını qınayın" - Ərdoğanın müavini dünya ölkələrinə çağırış etdi


Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İsrail parlamentinin (Knesset) ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsi qəbul etməsini əldə olunmuş atəşkəs razılaşmasına qarşı provokasiya olduğunu bildirib. C. Yılmaz bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, Türkiyə iki dövlətli həll əsasında Fələstin Dövləti qurulana qədər Fələstin xalqını dəstəkləməyə davam edəcək.
SİTAT: "Fələstin Dövlətini tanıyan bütün dövlətləri, beynəlxalq hüquqa əsaslanan bütün ölkələri və beynəlxalq qurumları Fələstin xalqına və torpağına yönəlmiş bu təcavüzkarlığın qarşısında dayanmağa çağırırıq", - vitse-prezident bildirib.
Mətləb Salahov

Seçilən
42
2
baki-xeber.com

3Mənbələr