Fəridin atası bildirib ki, hadisədən bir qədər sonra oğlu evə qayıdıb, başında şiş olub və “İlkinlə dalaşdım” deyib. Qısa müddət sonra vəziyyəti pisləşib və həkimlər onun beyninin artıq fəaliyyətini itirdiyini bildiriblər. Şahidlər ifadələrində gənclərin əvvəl dost olduqlarını, lakin sonradan “qız söhbətinə görə” aralarında gərginlik yarandığını qeyd ediblər. İlkin hadisədən sonra həbs olunub və məhkəmədə təqsirini etiraf edərək peşmançılıq bildirib. Məhkəmənin qərarına əsasən, 2008-ci il təvəllüdlü təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin yaşı nəzərə alınaraq o, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.(mənbə: modern)