AZ

Restoranlardan 1100-dən çox stul oğurlayan dəstə saxlanıldı: Görün harada satıblar

İspaniya polisi bir neçə aydır Madrid və onun ətrafındakı restoran terraslarından stul oğurlayan cinayətkar qrupun həbs edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə AP məlumat yayıb. Bildirilir ki, İspaniya hüquq-mühafizə orqanları Madriddə və qonşu Talavera de la Reyna şəhərində açıq restoran və bar sahələrindən cəmi iki ay ərzində 1100-dən çox stul oğurlamaqda şübhəli bilinən yeddi nəfəri həbs edib.

Altı kişi və bir qadından ibarət qrup gecə saatlarında oğurluğu törədib, sonra isə stulları İspaniya, Mərakeş və Rumıniyada satıb. Polis oğurlanmış malların dəyərini təxminən 60 min avro qiymətləndirir.

Saxlanılan şəxslər oğurluqda və cinayətkar təşkilata üzv olmaqda ittiham olunublar.

Seçilən
10
2
publika.az

3Mənbələr