“Prezident Putinlə görüşü ləğv etdik. Sadəcə, mənə belə gəldi ki, bu düzgün deyil.Biz lazım olan nəticələrə gəlib çatmazdıq. Buna görə də onu ləğv etdim. Amma görüş gələcəkdə baş tutacaq”, - Donald Tramp deyib.
![]() |
| Tramp: “Hələ qərar qəbul etməmişəm” |
Amerika prezidenti həmçinin ümid etdiyini bildirib ki, inşallah, Putin də,Zelenski də ağıllanacaqlar. Çünki danışıqlar üçün iki nəfər lazımdır. Tramp bir daha Rusiya və Ukraynanın mövcud cəbhə xəttində qalmalı və hərbi əməliyyatları dayandırmalı olduqlarını vurğulayıb.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar dünyada ən böyük nüvə arsenalına sahibdir, ondan sonra Rusiya və Çin gəlir, lakin 4-5 ildən sonra Çin bu parametr üzrə onlarla bərabərləşəcək.
Xatırladaq ki, oktyabrın 16-da telefon danışığı zamanı Tramp və Putin Budapeştdə görüşmək barədə razılığa gəlsələr də, onunkeçiriləcəyi vaxtı dəqiqləşdirməyiblər. Lakin oktyabrın 21-də Ağ Evdə jurnalistlərlə görüşdə Amerika lideri görüşlə bağlı hələ qərar qəbul etmədiyini və bununla bağlı konkret mövqeyini yaxın 2 gündə açıqlayacağını bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
