17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
“İki sahil” xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb. Nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.
Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70–80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub. Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.
Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
10Mənbələr
-
olke.azBakıda yeniyetmə taxta udub - Bağırsağı deşildi ( 22704700)
-
news24.az17 yaşı var, taxta udub... - Foto ( 22687900)
-
azedu.az17 yaşlı yeniyetmə taxta uddu - FOTO ( 22692949)
-
7news.azBağırsağından taxta çıxarıldı - FOTO ( 22692112)
-
cebheinfo.azBakıda 17 yaşlı yeniyetmənin bağırsağından taxta çıxarılıb - FOTO ( 22691338)
-
demokrat.azBakıda 17 yaşlı yeniyetmənin bağırsağından taxta çıxarılıb — FOTOLAR ( 22690810)
-
far.az17 yaşlı yeniyetmənin bağırsağından taxta parçası çıxarıldı ( 22690183)
-
oxu.azBakıda 17 yaşlı gənc taxta parçaları uddu, xəstəxanalıq oldu ( 22689235)
-
medicina.azBakıda 17 yaşlı yeniyetmə taxta udub -FOTO ( 22688752)
-
e-saglam.az17 yaşlı oğlan taxta uddu ( 22688473)