AZ

Yük avtomobili ilə avtobus toqquşdu - 12 ölü - Bu ölkədə

Qazaxıstanda DAF markalı yük avtomobili ilə “Qazel” markalı sərnişin mikroavtobusu toqquşub. 

News24.az “Kazinform”a istinadəb xəbər verir ki, bu barədə Aktöbe vilayəti Daxili İşlər Departamenti məlumat yayıb.

Qəza Samara–Şımkent avtomobil yolunda, Belkopa qəsəbəsi yaxınlığında baş verib. 

İlkin məlumata görə, yük maşını qarşı zolağa çıxıb.

Qəza nəticəsində hər iki sürücü və “Qazel”də olan 10 sərnişin hadisə yerində dünyasını dəyişib, daha 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq öncəsi araşdırma başlanıb. Müəyyən edilib ki, “Qazel” mikroavtobusu rəsmi şəkildə Jürgenev adına qəsəbədən vilayət mərkəzinə sərnişin daşıyırmış.

Hazırda hadisə yerində polis əməkdaşları və istintaq-əməliyyat qrupu çalışır, qəzanın bütün detalları araşdırılır. Zəruri istintaq hərəkətləri aparılır.

Məlumata görə, xəstəxanaya aparılan 5 nəfərdən üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır. Bir nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Yaralılar Xromtau rayon xəstəxanasına aparılıblar.



Seçilən
100
news24.az

1Mənbələr