AZ

Beynəlxalq səyyahlar Şuşaya səfər edib - Yenilənib 

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Şuşa şəhəri ilə tanış olublar...

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahların Şuşa şəhəri ilə tanışlığı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan mərkəzi meydanından start götürüb.

Qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işləri başlanıb.

***

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Şuşa şəhərinə səfəri başlayıb.

Bu barədə APA-nın yerli bürosu xəbər verir.

Heyət ötən gün Ağdam, Xankəndi, Laçında olub.

Poliqon.info

Seçilən
46
6
poliqon.info

10Mənbələr