AZ

Beynəlxalq simpoziumun ikinci günü panellərlə davam edir

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyindəfəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və MənəviDəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Bakı şəhərində“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlarkontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium oktyabrın23-də panel sessiyalarla davam edib.

Trend xəbərverir ki, “Din təhsili və əxlaqi dəyərlər” mövzusunda panelsessiyası İndoneziyanın Sunan Kalijaga Dövlət İslam UniversitetiBeynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Vitriani Vitrianininmoderatorluğu ilə keçirilib.

Paneldə Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyatfakültəsinin professoru Murat Demirkol, Rusiya Elmlər Akademiyasıİctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutu Fəlsəfə şöbəsininmüdiri, professor Sergey Melnik, AMEA-nın akademik Ziya Bünyadovadına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin aparıcıelmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov, Malayziyaİslam Elmləri Universiteti Əsas dillərin tədqiqi fakültəsinin başmüəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Hayati İsmail, Azərbaycanİlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının başmüəllimi Ənvər Mustafayev çıxış ediblər.

Paralel davam edən “Dünyəvi dövlətdə din təhsili” adlı panelAnkara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsininmüəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Abdullah Demirinmoderatorluğu ilə baş tutub. Paneldə Şimali Qafqazda dini ənənələr,onların mədəni spesifikliyi və dinlərarası dialoqun müqayisəlitədqiqi üzrə UNESCO kafedrasının bölmə rəhbəri, Qafqaz XalqlarıDostluğu İnstitutunun elmi işlər və beynəlxalq əlaqələr üzrəprorektoru, dosent Gülçöhrə Seyidova, Kırıkkale Universiteti İslamelmləri fakültəsinin dosenti Adem Yıldırım, Azərbaycan İlahiyyatİnstitutu Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfəüzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, AMEA-nın akademik ZiyaBünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova və Azərbaycanİlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfəüzrə fəlsəfə doktoru Aliyə Mürsəlova çıxış ediblər.

Paralel davam edən “Din təhsilinə müxtəlif yanaşmalar” adlıpanel Ankara Universiteti İlahiyyat fakültəsinin İslam məzhəbləritarixi müəllimi, professor Sönmez Kutlunun moderatorluğu iləkeçirilib. Paneldə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu İslamfəlsəfəsi və dinşünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfəüzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, AMEA-nın akademikZiya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikirşöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru,dosent Aslan Həbibov, Kırıkkale Universiteti İslam elmlərifakültəsinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru VahdeddinŞimşek, Azərbaycan İlahiyyat İnstitutu rektorunun köməkçisi,AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Emin Orucovmövzu ilə bağlı fikirlərini bölüşüblər.

Simpozium panel sessiyalarla davam edəcək.

Xəbər yenilənəcək

Seçilən
15
4
az.trend.az

5Mənbələr