AZ

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyibəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslarasöykəndiyini bir daha nümayiş etdirdi.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin sözlərində həm siyasiuzaqgörənlik, həm də regional əməkdaşlığa verilən yüksək dəyəraydın şəkildə hiss olunur. “Dövlətimizin başçısı Qazaxıstanıninkişafını və Prezident Kasım-Jomart Tokayevin modernləşməsiyasətini yüksək qiymətləndirərək bildirdi ki, Qazaxıstan bu günregionda etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlətkimi möhkəmlənib. Prezident İlham Əliyevin bu fikirləri, əslində,Türk dünyasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqmodelinin möhkəmlənməsinə verdiyi töhfədir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətlərisadəcə siyasi yaxınlıq deyil, həm də bu proses dərin mənəvi bağlarasöykənir: “Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, ənçətin dövrlərdə Azərbaycan həmişə Qazaxıstanın dəstəyini hiss edib.Bu, xalqlarımızın dostluğunun söz yox, əməl üzərində qurulduğunugöstərir.

Dövlətimizin başçısının çıxışında sülh mövzusu da mühüm yertutur. Prezident İlham Əliyev Ermənistanla münasibətlərinnormallaşması istiqamətində atılan addımların səmimiliyini vəpraktiki nəticələrini diqqətə çatdırdı. Qazaxıstanın Ermənistanataxıl tranziti buna real nümunədir. Azərbaycan bu addımı atmaqlasülhün kağız üzərində deyil, real həyatda da təcəssüm tapmasınaşərait yaradıb. Dövlət başçısının fikrincə, Azərbaycan vəQazaxıstan arasında əməkdaşlıq artıq regional deyil, qlobaləhəmiyyət kəsb edir. Orta Dəhliz, Zəngəzur dəhlizi kimi layihələrhəm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyimöhkəmləndirəcək. Beləliklə, Prezident İlham Əliyevin bəyanatıqardaşlıq, əməkdaşlıq və sülh fəlsəfəsini özündə birləşdirən mühümsiyasi sənəddir. Bu çıxış Azərbaycanın regionda sabitlik,tərəfdaşlıq və inkişaf xəttinə sadiqliyinin bariz nümunəsidir”.

Məqalədə:
Seçilən
42
15
az.trend.az

10Mənbələr