AZ

Çin Putinlə bağlı xəbərdarlıq etdi

BAKI, 23 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərilməsi Ukrayna böhranının həllinə gətirib çıxarmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Syakun bildirib.

“Dialoq və danışıqlar Ukrayna böhranının həlli üçün yeganə mümkün yoldur. Məcburetmə və təzyiq problemi həll etməyəcək,” – o vurğulayıb.

Çinli diplomat bu fikri ABŞ Prezidenti Donald Trampın bəyanatına münasibət bildirərkən səsləndirib. Tramp Çin Sədri Si Cinpinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Vladimir Putinə ciddi təsir göstərə biləcəyini söyləmişdi.

Seçilən
7
2
teleqraf.com

3Mənbələr