AZ

Orpo: Ukraynaya tam azadlıq verilməməlidir

BAKI, 23 oktyabr. TELEQRAF

“Ukraynaya Avropa İttifaqından faizsiz kreditlər üzrə ala biləcəyi puldan istifadə etmək üçün tam sərbəstlik verilməməlidir”.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Baş naziri Petteri Orpo deyib.

“Politico” yazıb ki, Avropa İttifaqı 140 milyard avroya çata biləcək kredit üçün hansı şərtlər qoymalı olduğunu müzakirə edir. Xüsusən də Fransa Ukraynanı bu pulları Avropada istehsal olunan silahlara xərcləməyə məcbur etməyin tərəfdarıdır. Amma İsveç də daxil olmaqla, digər ölkələr Ukraynanın vəsaitləri müstəqil şəkildə xərcləməsini istəyir.

“Mən tam azadlığın ən yaxşı variant olduğunu düşünmürəm. Kreditlər veririk, ona görə də bunu Ukrayna ilə sıx əməkdaşlıq şəraitində etməliyik. Əmin olmalıyıq ki, bu böyük məbləğdə pullardan məsuliyyətlə istifadə edəcəklər”, - Finlandiya baş naziri bildirib.

Seçilən
78
teleqraf.com

1Mənbələr