Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az Ukraynanın “UNİAN” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə deyib. “Mən onunla, istər neft, istər enerji, istərsə də başqa bir məsələ ilə bağlı olsun, Rusiya-Ukrayna müharibəsini necə bitirə biləcəyimiz barədə danışacağam. Düşünürəm ki, o, buna çox anlayışla yanaşacaq”, - CNN telekanalı Amerika liderindən sitat gətirir. Eyni zamanda, Tramp bəyan edib ki, onun fikrincə, Çinin sədri Si Cinpin bu məsələdə Rusiya lideri Vladimir Putinə təsir göstərə bilər. - Düşünürəm ki, o, Putinə böyük təsir göstərə bilər. Məncə, Si Cinpin bir çox insana böyük təsir göstərə bilər. Baxın, hörmətli insandır. O, çox böyük bir ölkənin çox güclü lideridir. Bəli. Düşünürəm ki, o, böyük təsirə malik ola bilər və biz mütləq Rusiya və Ukraynadan danışacağıq”, - Ağ Evin rəhbəri vurğulayıb. 
Tramp-Putin görüşü ləğv olundu
Donald Tramp, həmçinin nadir torpaq metalları və “bəlkə də nüvə proqramı ilə bağlı” məsələ də daxil olmaqla, Çinlə mühüm sazişlər bağlayacağını gözlədiyini söyləyib. Daha əvvəl ABŞ və Çin liderlərinin oktyabrın 31-də və noyabrın 1-də keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı görüşə biləcəyi barədə məlumat verilmişdi. Maraqlıdır ki, Çin sədri Si Cinpinin Rusiya prezidentinə təsir göstərə biləcəyini düşünən Amerika lideri bundan əvvəl rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü ləğv etdiyini bildirib. ABŞ-nin Maliyyə nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) isə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.