AZ

Aqil Abbas: “Qarabağ”ın hamını udmaq öhdəliyi yoxdur

“Necə yəni qəsdən uduzdu? Penal vermədilər. Futboldur da".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, "Qarabağ" futbol klubunun Bilbaoda qəsdən uduzması, futbolda da siyasi çalarların olması barədə fikirlərə münasibət bildirib. pizza hut

A. Abbas bildirib ki, “Qarabağ”ın hamını udmaq öhdəliyi yoxdur:

“Necə yəni qəsdən uduzdu? Penal vermədilər. Futboldur da. Çıxıb qeyrətlə, gücləri çatan qədər, sonacan oynadılar. Bəxt də gətirmədi, iki dəfə şans qol vura bilərdik, vura bilmədik. “Qarabağ” İspaniya ilə oynayırdı ey, “Səbail”lə yox. Bunu fikirləşsinlər də. Hələ qarşıda oyunlar var. Yəqin ki “Qarabağ” qarşıdakı oyunlarda daha möhkəm olacaq. Digər turnirlərə düşəcək. “Qarabağ”a ümidimiz çoxdur.

“Qarabağ” boyundan yuxarı öhdəlik götürüb və həll edib. Hər kəs boyundan yuxarı hoppana bilməz, “Qarabağ” isə hoppanıb, Azərbaycan futbolunu dünyaya tanıdıb. Amma bir “Qarabağ”la gül olmaz, bahar olmaz. “Qarabağ” oradan qayıdıb gəlib, kimlərlə oynayacaq? Bunlar ayrı-ayrı şeylərdir. Gücləri çatanı oynadılar. Həmişə udmaq olmaz. “Qarabağ”a uğurlar arzu edirəm. Mən həmişə “Qarabağ”la bir yerdəyəm”.

 


Telegram kanalımız
Seçilən
10
6
yenisabah.az

7Mənbələr