AZ

Azərbaycan sərhədini pozmağa cəhd göstərənMƏRAKEŞ VƏ PAKİSTAN VƏTƏNDAŞLARI TUTULUB

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. DSX-nın Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Mərakeş Krallığı vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə 3 (üç) nəfər Pakistan İslam Respublikası vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıb.

 

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Seçilən
9
39
senzor.az

10Mənbələr