Bakı. Trend:
Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Qazaxıstanınpaytaxtında keçirilən Qazaxıstan – Azərbaycan biznes forumundaiştirak edib. Astana Beynəlxalq Maliyyə Mərkəzində baş tutanforumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, İKT, yüksəktexnologiyalar, neft-qaz, tikinti və inşaat, investisiya,nəqliyyat, logistika və digər sahələrdə fəaliyyət göstərən 155şirkətin nümayəndəsi iştirak edib.
“Azerconnect Group”un baş direktorunun müavini İlqar Nəhmədovtədbirdə çıxışı zamanı Azərbaycanda rəqəmsal iqtisadiyyatıninkişafı, süni intellekt ekosisteminin yaradılması, innovasiyalarıntəşviqilə bağlı həyata keçirilən layihələrin önəmini vurğulayıb. O,çıxışında, həmçinin “Azerconnect Group”un ölkədə rəqəmsaltransformasiyanın sürətlənməsi, süni intellekt əsaslı həllərintətbiqi sahələrində gördüyü işlər barədə ətraflı məlumat verib.Eyni zamanda, Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycanvə Qazaxıstanın birgə icra etdiyi Transxəzər fiber-optik kabelxəttinin strateji əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Süni intellektin və sənaye təşəbbüslərinininkişafı şəraitində iqtisadi əməkdaşlıq” mövzusundaQazaxıstan–Azərbaycan biznes forumu Azərbaycan İqtisadiyyatNazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi(AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgətəşkilatçılığı ilə keçirilib.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksəktexnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group”mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group”müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalarvə tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding"beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.