AZ

Qara və yaşıl çay bədən üçün eyni dərəcədəfaydalıdır

Terapevt Anastasya Aqayeva qara və yaşıl çayın faydalarını müqayisə edib.

Redaktor.az xəbər verir ki, o, bu haqda aif.ru-ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, şəkər, süd və ya qaymaq əlavə edilmədən içilən qara və yaşıl çay eyni dərəcədə faydalıdır və balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər. Aqayeva bildirib ki, bir çox elmi tədqiqatlar bu içkinin müntəzəm qəbulunun ürək-damar xəstəlikləri, insult və idrak pozğunluqları riskinin azalması ilə əlaqəli olduğunu göstərib. Bu, çayın tərkibində damar elastikliyini artıran antioksidant maddələrin olması ilə izah olunur.

“Əksər sağlam böyüklər gündə üç-dörd fincan çay içə bilərlər. Lakin yüksək qan təzyiqi, narahatlıq və yuxu pozğunluğu olan insanlara çayı günün birinci yarısında iki-üç fincanla məhdudlaşdırmaq tövsiyə olunur. Hamilə və süd verən qadınlara isə gündə iki-üç fincandan artıq qara və ya yaşıl çay içməmək məsləhətdir”, - deyə həkim qeyd edib.

Aytəkin TOFİQQIZI

Seçilən
97
11
redaktor.az

10Mənbələr