AZ

Neft Fondunun aktivləri 17 faizədək artıb

2025-ci il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 16,9 faiz artaraq 70 161,7 milyon dollar təşkil edib.

Fondun məlumatına görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 837,7 milyon manat olub, o cümlədən:

- mənfəət neftinin və qazın satışından 7 068,8 milyon manat;

- bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat;

- akrhesabı ödənişlər 3,6 milyon manat.

Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 697 milyon manat məbləğində vəsait daxil olub.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 5 235,7 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 15 066,1 milyon manat olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Seçilən
33
vergiler.az

1Mənbələr