AZ

"Qarabağ"ın futbolçusu Qurbanovu özündən çıxardı - Video

Ötən gün UEFA Çempionlar Liqasının 3-cü turunda “Atletik”ə 1:3 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun hərəkəti gündəm olub. "Bakuinfo" xəbər verir ki, Ağdam klubunun futbolçularının hücum zamanı etdiyi səhv təcrübəli mütəxəssisi özündən çıxarıb. Daha dəqiq desək, müdafiəçi Elvin Cəfərquliyevin komandasının əks hücumu zamanı səhvə yol verməsi Qurbanovu qəzəbləndirib. Azərbaycanlı futbolçu ona ötürmə etməyən Emmanuel Addaya qəzəblənib və sərt şəkildə etiraz edib. Bu zaman isə rəqib qapıçı Unay Simonun uzaqlaşdırdığ top onun yanından keçib. Həmin epizod zamanı "Atletik"in qapısı boş olub. (Publika.az)

Seçilən
18
2
bakuinfo.net

3Mənbələr