AZ

Bakıdakı bu məktəblərin adı DƏYİŞDİRİLDİ - SİYAHI

Bakıda fəaliyyət göstərən və Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan bir qrup məktəbin adı dəyişdirilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, adları dəyişdirilən məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib.

Dəyişikliyə əsasən, adları dəyişdirilən məktəblər bunlardır:

Xocalı rayonu Malıbəyli kənd tam orta ümumtəhsil məktəbi - Bakı şəhəri 339 nömrəli tam orta məktəb;

Şuşa rayonu 9 nömrəli tam orta ümumtəhsil məktəbi - Bakı şəhəri 343 nömrəli tam orta məktəb;

Füzuli rayon 4 nömrəli tam orta məktəbi - Bakı şəhəri 199 nömrəli tam orta məktəb.

Bizim.Media

Seçilən
40
14
bizim.media

10Mənbələr