AZ

“Qarabağ” İspaniya nəhənginə məğlub oldu Bu qədər vasaiti əldən verdi

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.

"San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı Azərbaycan kollektivi açıb. 1-ci dəqiqədə Leandro Andrade fərqlənib. İspaniya klubunda isə Qorka Quruseta (40, 88) dubl müəllifi olub. Digər qolu Robert Navarro (70) vurub.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətini alıblar.

Qeyd edək ki, "Qarabğ" bu məğlubiyyətlə yüksək gəlir əldə etmək şansını da itirib. Xatırladaq ki, komandların qrup mərhələsində hər qələbə üçün 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro bonus qazanmaq imkanı var. "Qarabağ" bu turda məğlub olduğu üçün heç bir gəlir əldə edə bilməyib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azpolitika.info

1Mənbələr