BAKI, 23 oktyabr. TELEQRAF
“Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu müqavilə sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə agentlik arasında münasibətləri tənzimləyir.
Aptek təşkilatı qanunun və bu müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara pozitiv siyahıya daxil olan dərman vasitələrinin reseptə uyğun buraxılmasını, agentlik isə qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.