“Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması Qaydası” təsdiqlənib.
Redaktor.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Pozitiv siyahıya daxil olan dərman vasitəsinin şərti kompensasiya məbləği pozitiv siyahıya daxil edilmiş ekvivalent və oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) arasında vahidinin qiyməti ən aşağı olan dərman vasitəsinin vahidinin qiymətinin qablaşdırılma miqdarına vurulması ilə müəyyənləşdirilir. Pozitiv siyahıda olan dərman vasitəsinin həmin siyahıda ekvivalent və ya oxşar dərman vasitələri (dozası eyni, lakin qablaşdırmadakı vahid miqdarı fərqli olan) olmadıqda, onun razılaşdırılmış pərakəndə satış qiyməti şərti kompensasiya məbləği hesab edilir.
Dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiyməti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları”nda nəzərdə tutulan qaydalara əsasən müəyyən olunur.
Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə eyni şərti kompensasiya məbləği təyin olunur.