AZ

ARDNF-nin investisiya portfelinin aktivlər üzrə bölgüsü açıqlanıb  

Cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətlərinin çəkisi 34,7 faiz təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz azdır.

AZƏRTAC ARDNF-nin cari ilin üçüncü rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, səhmlərin payı isə 0,4 faiz azalaraq 25,8 faiz təşkil edib.

Daşınmaz əmlak və infrastrukturun payı 1 faiz artaraq 6,7 faiz, qızılın payı isə 15,1 faiz artaraq 32,8 faiz təşkil edib.

Seçilən
35
1
azerbaijan-news.az

2Mənbələr