
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 19-cu raundu çərçivəsində 21 şəxsi və 41 təşkilatı qara siyahıya salıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan Şuranın qətnaməsində deyilir.
“Qara siyahı”ya digərləri ilə yanaşı, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Oleq Osipov, Ali İqtisadiyyat Məktəbinin rektoru Nikita Anisimov və “Yunarmiya” hərəkatının Baş Qərargah rəisi Vladislav Qolovin də daxildir.