AZ

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib (FOTO)

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü iləçəkilmiş, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovayahəsr olunmuş “Şövkət” bədii filminin təqdimat mərasimi baştutub.

Trend xəbərverir ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə AZCON Holding,o cümlədən ASCO rəhbərliyi və əməkdaşları, ADDA və ADK tələbələri,ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər, həmçininfilmin yaradıcı heyəti iştirak edib.

Təqdimatda çıxış edən ASCO-nun İdarə Heyətinin sədri RaufVəliyev bildirib ki, 167 illik tarixi olan gəmiçiliyin zənginirsindən qaynaqlanmaqla çəkilmiş filmin 22 oktyabr tarixindətəqdimatı xüsusi önəm daşıyır. Məhz 2013-cü ilin bu günündə CənabPrezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyətgöstərən iki qədim və böyük donanmanın birləşdirilməsi yolu iləhazırda ASCO brendi ilə fəaliyyət göstərən “Azərbaycan Xəzər DənizGəmiçiliyi” QSC yaradılıb.

ASCO yarandığı gündən dənizçi peşəsinin nüfuzunun daha daartırılmasının prioritet məsələ olduğunu qeyd edən sədr, “Şövkət”filminin bu məqsədə nail olmaq istiqamətində reallaşdırılanlayihələrdən biri olduğunu diqqətə çatdırıb.

Rauf Vəliyev Şövkət Səlimovanın həyat və fəaliyyətinin gəncxanımlar üçün güclü motivasiya mənbəyi olduğunu, ASCO-da həm sahil,həm də üzən heyətdə çalışan, eləcə də ADDA-da təhsil alanxanımların sayının getdikcə artdığını bildirib.

Daha sonra sədr həmin xanımlardan biri olan RoPax tipli “ZərifəƏliyeva” gəmisində matros kimi çalışan ADDA məzunu NuranəƏkbərovanı səhnəyə çağırıb və bundan sonra kapitan köməkçisi kimifəaliyyətini davam etdirəcəyi münasibətilə onu təbrik edib.

Tədbirdə xanım kapitana həsr olunmuş və 1979-cu ildə Xalqartisti Flora Kərimovanın ifa etdiyi “Sular qızı” romansından birparça səsləndirilib. Romansın səsləndirilməsindən sonra Xalqartisti Flora Kərimova Şövkət Səlimova ilə bağlı xatirələrinibölüşüb.

Daha sonra bədii film nümayiş edilib. Təqdimatın ardınca filminyaradıcı heyəti səhnəyə dəvət olunub və onlara ASCO adından“Təşəkkürnamə” təqdim edilib.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis,həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanınobrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işindəXalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, ElsəvərRəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rolalıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələrdepartamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə“Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və AsifRüstəmovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvirrejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçıprodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər vəmüxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrünruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Məqalədə:
Seçilən
49
10
az.trend.az

10Mənbələr