AZ

Arvadının səhifəsində narkotiki təbliğ edən bloqçu həbs olundu

"TikTok"da arvadına məxsus səhifədə narkotik vasitəni təbliğ edən video yayan bloqçu həbs edilib.

Yenisabah.az qaynarinfo-ya istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü, fərdi əmək fəaliyyəti ilə məşğul olan Elşad Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib olunub.

E. Hüseynov oktyabrın 12-də arvadı ilə birgə narkotik vasitənin təbliğ olunduğu qlobal trend videosunu çəkib və xanımının "TikTok" səhifəsində paylaşıb. Sezar pizza

O, məhkəmədə videonu çəkərkən onun narkotik vasitələrdən istifadənin təbliği məqsədi daşımasından xəbərsiz olduğunu, sadəcə qlobal trend videosu olduğunu düşündüyünü, bloqer olduqları üçün trendə qatılmaq məqsədi ilə çəkib paylaşdığını deyib. O, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Məhkəmənin hökmü ilə Elşad Hüseynov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün həbs edilib.


Telegram kanalımız
Seçilən
27
15
yenisabah.az

10Mənbələr