AZ

İrakli Kobaxidze: “Bir il ərzində ilk dəfə radikallar küçəni bağlaya bilmədilər”

Yazını böyüt
Yazını kiçilt

“Bir il ərzində ilk dəfə radikallar küçəni bağlaya bilmədilər. Bu o deməkdir ki, yeni qanun qüvvəyə minməyə başlayıb”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçısı bildirib ki, Gürcüstanda radikalizm sona qədər çökməlidir, çünki 50 radikal 3 milyon 700 min insana qarşı zorakılıq edə bilməz.

“Əlbətdə, rahatlamamalıyıq, diqqətlə işləməyə davam etməliyik. Son nəticədə ölkəmizdə radikalizm sona qədər çökməlidir. 50 radikal 3 milyon 700 min insana qarşı zorakılıq edə bilməz. Qanunvericilik buna qarşı qüvvəyə mindi və görürük ki, yeni qanun effektiv şəkildə işləməyə başladı”, – baş nazir bildirib.

Seçilən
19
hafta.az

1Mənbələr