AZ

Avtomobildə doğulan körpə öldü

Yazını böyüt
Yazını kiçilt

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Hafta.az xəbər verir ki, rayon sakini 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /“Report”/

Seçilən
48
16
hafta.az

10Mənbələr