Oktyabrın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində(AMİM) görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illikyubileyi münasibətilə AMİM-nin təşəbbüsü ilə “Azərpoçt” MMC tərəfindən dövriyyəyə buraxılan poçt markalarının təqdimat mərasimi baş tutub.Metbuat.anınmış elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ölkəmizdəki diplomatik korpusların rəhbər və nümayəndələrininqatıldığı mərasimdə Azərbaycan Milli İncəsənət Muzeyinindirektoru Şirin Məlikova və “Azərpoçt” MMC-nin Markaşöbəsinin müdiri Sitarə Hüseynova çıxış ediblər. Onlar özçıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin 200 illikyubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədəSərəncamını vurğulayaraq, bu qərarın dahi sənətkarın irsininqorunması, araşdırılması və geniş ictimaiyyətə tanıdılması üçünmühüm addım, təqdim edilən poçt markalarının isə yubiley ilinədəyərli töhfə olduğunu bildiriblər.   Daha sonra Azərbaycan Respublikasının mədəniyyət nazirininmüavini Murad Hüseynov, “Azərpoçt” MMC-nin İdarəHeyətinin sədri vəzifəsini icra edənİsi Mustafayev vəAzərbaycan Milli İncəsənət Muzeyinin direktoru ŞirinMəlikovanın iştirakı ilə markaların möhür vasitəsilə“söndürülməsi” mərasimi keçirilib.Poçt markaları üzərində M.Q.İrəvaninin tanınmış portretlərisırasında yer alan “Əsgər”, “Mah Tələt xanım”, “Zadəganqadının portreti”, “Vəcihulla Mirzə”, “Fətəli şah” əsərləri əksolunub. İrəvani yaradıcılığının müxtəlif mərhələlərinə aid bumükəmməl sənət nümunələrində öz dövrləri üçün yeni olanxüsusiyyətlər - təkcə zahiri bənzərlik deyil, hər bir obraza xasfərdi cizgi və daxili aləmin dolğun təsviri verilib. Qeyd edək ki, təqdimat mərasimində AMİM-nin kolleksiyasındaqorunan bu portretlər nümayiş etdirilib.Tədbirin sonunda Xalq artisti Munis Şərifovun bədii rəhbərliyiilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəznindəfəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı xalq sənətiincilərindən ibarət konsert proqramı ilə gecəyə unudulmazmusiqi ərmağanı bəxş ediblər.