AZ

Adı “Neftçi” ilə hallanan futbolçunun yeni klubu bəlli oldu

“Çelsi” və “Qalatasaray”ın sabiq futbolçusu Hakim Ziyeş “Vidad Kasablanka”ya transfer olunub.

İdmanxeber.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, mərakeşli yarımmüdafiəçinin keçidi yaxın günlərdə rəsmi açıqlanacaq.

31 yaşlı futbolçu son olaraq Qətərin “Əl Duhail” klubunda çıxış edib.

Xatırladaq ki, bir müddətdir futbolçunun adı “Neftçi” ilə hallanırdı.

 

Seçilən
33
1
idmanxeber.az

2Mənbələr