Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş sosial verginin ödənilməsi qaydası dəyişə bilər.
Publika.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gələn ildən aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10%-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15%-i qədər sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü - 25%).
Aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10%-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11%-i qədər sosial sığorta haqqı ödəyəcək. (sosial vergi yükü - 21%).