AZ

ABŞ-nin Rusiya neft şirkətlərinə sanksiyaları Çini şoka salıb

Bloomberg: Çin şirkətləri sanksiyalar və enerji tələbatı arasında sıxışıb qalıb...

Poliqon xəbər verir ki, ABŞ-nin Rusiya neft nəhənglərinə qarşı tətbiq etdiyi yeni sanksiyalar Çində həm dövlət, həm də özəl neft emalı şirkətləri arasında ciddi narahatlıq yaradıb. Bloomberg Agentliyinin məlumatına görə, Çin şirkətləri bir tərəfdən Rusiya neftinin tədarükünü qoruyub saxlamağa, digər tərəfdən isə sanksiyalardan yayınmağa çalışırlar.

Hazırda Çinin xam neft idxalının təxminən 20 faizi — bu ilin ilk doqquz ayında gündəlik təxminən 2 milyon barel Rusiyadan alınır. “Rosneft” və “Lukoil” ötən il Çinə ixrac olunan Rusiya neftinin dörddəbirini təmin edib.

Ekspertlərin fikrincə, Çin və Hindistan üçün əsas risk sanksiyalara məruz qalan təşkilatlarla əməkdaşlıqdan irəli gəlir. Bu, onları ikincil cəza tədbirlərinə — Qərb bank sistemlərindən ayrılma, dollar əməliyyatlarına çıxışın məhdudlaşdırılması və hesabların dondurulması kimi sanksiyalara məruz qoyur. Qərb istehsalçıları, treyderləri, daşımacıları və sığorta şirkətləri dünya enerji bazarının əsas dayaqları hesab olunur və onların fəaliyyəti olmadan neft dövriyyəsi ciddi çətinliklərlə üzləşə bilər.

Treyderlərin bildirdiyinə görə, xüsusilə Yaxın Şərq və Afrika kimi iri neft hasilatı regionlarında Qərb şirkətlərinin investor və operator kimi rolu böyük narahatlıq doğurur. Əgər Çin və Hindistan şirkətləri sanksiyaya düşmüş Rusiya şirkətləri ilə əməkdaşlığı davam etdirsələr, bu, onların bir çox beynəlxalq layihələrdən kənarlaşdırılmasına səbəb ola bilər.

Əks halda, yəni sanksiyalara əməl etdikləri təqdirdə isə bu ölkələr ucuz Rusiya neftinə çıxış imkanını itirəcəklər. Bu, həm sənaye, həm də istehlakçılar üçün enerji xərclərinin artmasına gətirib çıxara bilər və Çin iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr