AZ

SON DƏQİQƏ! Daxili İşlər Nazirliyi ilə bağlı rəsmi qərar İMZALANDI

15:05 23.10.2025
15:05 23.10.2025

Nazirlər Kabineti 6 noyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edib.

Mynews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.


Seçilən
27
27
mynews.az

10Mənbələr