Türkiyəli aktrisa Neşe Aksoy 62 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, sənətçi bir müddətdir İzmirdə xərçəng xəstəliyindən müalicə alırdı.
Film-San Vəqfi sosial media hesabından paylaşım edərək aktrisanın ailəsinə və yaxınlarına başsağlığı verib. Vəqfin baş direktoru Kıvanç Terzioğlu ustad sənətçinin itkisinə görə dərin kədərini ifadə edib.
Qeyd edək ki, Neşe Aksoy “Kızlar Sınıfı Yarışıyor”, “Lodos Zühtü” və “Arkadaşım” kimi filmlərdəki rolları ilə tamaşaçıların yaddaşında qalıb.