AZ

Cordanın imzalı kartı hərracda rekord qiymətə satıldı Foto

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

 

Məşhur keçmiş basketbolçu Maykl Cordanın imzası olan NBA-də debüt etdiyi mövsümə aid ticarət kartı hərracda rekord qiymətə satılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” nəşri “Goldin Auctions” hərrac evinə istinadla məlumat yayıb.

“1986-87 Fleer” seriyasından olan və ideal vəziyyətdə qalan bu nüsxə 2,7 milyon dollara satılıb.

“Bütün dövrlərin ən böyük idmançılarının avtoqraflı kartları kolleksiyanın zirvəsidir. Bu rekord təkcə Cordan irsinin uzunömürlülüyünü deyil, həm də avtoqraflı kartların artan dəyərini təsdiqləyir”, - deyə hərrac evinin təsisçisi və baş direktoru Ken Qoldin bildirib.

Qeyd edək ki, buna bənzər bir nüsxə daha əvvəl “Joopiter” hərrac evində 2,5 milyon dollara satılmışdı

.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
2
yeniavaz.com

3Mənbələr