44 yaşlı Sasseks hersoginyası Meqan Markl dünyaşöhrətli müğənni Teylor Svift və onun sevgilisi, idmançı Trevis Kelsinin qarşıdan gələn toyuna dəvət almağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə məlumat “RadarOnline” tərəfindən yayılıb.
Mənbələrin bildirdiyinə görə, Markl üçün bu toyda iştirak təkcə sosial hadisə deyil, həm də simvolik əhəmiyyət daşıyır. O hesab edir ki, bu addım onun qlobal elita arasında statusunu daha da gücləndirəcək.
İnsayderlərin sözlərinə görə, hersoginya mümkün dəvətin olmamasını şəxsi təhqir kimi qəbul edir.
Xatırladaq ki, Meqan daha əvvəl Teylor və Trevisi nişanlarına görə açıq şəkildə təbrik etmişdi. Lakin iddialara görə, bu hadisə onun şousunun ikinci mövsümünün premyerasına və “As Ever” brendinin təqdimatına təsadüf etdiyi üçün Marklın pərdəarxası reaksiyası o qədər də səmimi olmayıb.