Zelenski: Ukrayna Rusiya ilə atəşkəs danışıqlarına hazırdır
Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki, Zelenski Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşdən əvvəl çıxış edərək, Avropa İttifaqının bu gün qəbul etdiyi 19-cu anti-Rusiya sanksiyalar paketini də alqışlayıb. “Ukrayna sülhə doğru hər hansı real addımı dəstəkləməyə hazırdır. Biz atəşkəs danışıqlarına açığıq, lakin bu, ədalətli və beynəlxalq hüquqa əsaslanan sülh olmalıdır”, – Zelenski vurğulayıb. Öz növbəsində Antonio Kosta bəyan edib ki, bugünkü görüşün əsas mövzularından biri yaxın iki il ərzində Ukraynaya göstəriləcək maliyyə yardımı olacaq: “Rusiya bizim yorulduğumuzu düşünürsə, yanılır. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bu gün 2026–2027-ci illər üçün maliyyə yardımını müzakirə edəcəyik,” – deyə o bildirib. Kosta əlavə edib ki, Avropa İttifaqı Ukraynanın iqtisadi sabitliyini və müdafiə qabiliyyətini qorumaq üçün uzunmüddətli dəstək planı üzərində işləyir.