AZ

Gürcüstan DTX-nın keçmiş rəhbərinin qohumu saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin yaxın qohumu Andria Liluaşvili saxlanılıb..

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən xüsusi brifinqdə bildirilib.

 
Məlumata əsasən, Andria Liluaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur. Bu maddə ilə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, bu yaxınlarda Qriqol Liluaşvili və digər keçmiş yüksək vəzifəli şəxslərin evlərində aparılmış axtarışlar zamanı 7 milyon dollardan çox pul, bahalı zinət əşyaları və qol saatları, rəsm əsərləri, bir neçə min səhifəlik sənədlər, 50 ədəd mobil telefon və 119 ədəd elektron avadanlıq müsadirə olunub.

Poliqon.info

Seçilən
44
2
poliqon.info

3Mənbələr