Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
2025-ci ilin sentyabrın 30-na Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə bölgüsü açıqlanıb.
Oxu.Az fonda istinadən xəbər verir ki, ARDNF-nin investisiyalarında ən çox pay Avropa ölkələrinə məxsusdur.
Belə ki, Avropa ölkələrinin payı 29.1%, Afrika regionunun payı 0.02%, Yaxın Şərq regionu 1.4%, Latın Amerika 0.1%, Şimali Amerika 24.8%, Asiya regionu 8.5%, Avstraliya və Yeni Zelandiya 1.0%, beynəlxalq maliyyə təşkilatlarının payı isə 2.3% təşkil edib.
Qızıl investisiyalarının payı isə portfeldə 32.8% səviyyəsində olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.