"Sumqayıt" klubu basketbolçusu Tayris Devislə əməkdaşlığa son qoyub.
Fanat.Az verir ki, məlumatı "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti yayıb.
Devis ilə sazişə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, sözügedən basketbolçu ötən ay "Sumqayıt"la müqavilə imzalamışdı.