AZ

Lula da Silva gələn il prezidentliyə namizədliyini irəli sürəcək

Braziliya dövlət başçısı Luiz İnasio Lula da Silva 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, o, yaşına baxmayaraq, özünü enerjili hiss etdiyini bildirib.

“Mənim 80 yaşım olacaq, amma 30 yaşımdakı enerjiyə sahibəm. 4-cü prezidentlik dövrü üçün namizədliyimi irəli sürəcəyəm”, - da Silva qeyd edib.

Qeyd edək ki, Braziliya prezidentinin vəzifə müddəti 2026-cı ilin sonunda bitir. O, bundan əvvəl, 2002, 2006 və 2022-ci illərdə prezident seçkilərinin qalibi olub.

Seçilən
50
4
apa.az

5Mənbələr