AZ

İnsan alverinə qarşı mübarizəyə dair təlim keçirilib

Sitat.info saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oktyabrın 22-də insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri çərçivəsində turizm sənayesi nümayəndələri üçün təlim təşkil olunub.

Təlim Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova və koalisiyanın üzvü olan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təlimçisi Günel Ələkbərova tərəfindən keçirilib.

Təlim turizm sahəsində insan alveri üzrə risklər barədə məlumatlılığı artırmaq, turizm sənayesini baş verə biləcək mümkün hallarda qabaqlayıcı tədbirlər və düzgün davranış mexanizmləri üzrə maarifləndirmək məqsədilə təşkil edilib.

Təlim zamanı iştirakçılara insan alverinin mahiyyəti, qanunvericilikdə nəzərdə tutulan istismar növləri, insan alverində qurbanların müəyyən edilməsi istiqamətində əsas hərəkətlər, vasitələr və məqsədlər barədə ətraflı məlumat verilib. Həmçinin insan alveri qurbanlarının fiziki, sosial və davranış göstəriciləri, cinsi istismar, uşaq alveri və istismarı kimi mövzular müzakirə olunub.

İnteraktiv formatda keçirilən təlimdə iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib və mütəxəssislərlə fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
9
sitat.info

10Mənbələr