ABŞ dövlət katibi Mark Rubio bildirib ki, Vaşinqton anklavda münaqişənin həllində irəliləyiş əldə olunduğu üçün Qəzza zolağında hakimiyyəti Fələstin mülki hakimiyyətlərinə ötürməyə çalışacaq.
Busaat.az xəbər verir ki, Rubio bu barədə İsrailə səfərindən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib.
“Biz nəhayət Qəzzada mülki hakimiyyət, Fələstinin mülki qurumu görmək istərdik. Biz buna çalışırıq. Fələstin polisinin Qəzzada olmasını istərdik”,-deyə Rubio bildirib.
O, vurğulayıb ki, Fələstinin radikal HƏMAS hərəkatının təsirinin tamamilə aradan qaldırılması Qəzzada hakimiyyətin tədricən fələstinlilərə keçməsi üçün dəyişməz şərt olaraq qalır. Rubio həmçinin qeyd edib ki, gələcəkdə yaradıla biləcək Fələstin polis qüvvələri başqa ölkələrdən olan mütəxəssislər tərəfindən hazırlanmalı və öyrədilməlidir.
“Aydındır ki, bu bir az vaxt aparacaq, çünki insanlar sadəcə olaraq polisə işə götürülmürlər; onlar yoxlanılmalı, təlim keçməlidirlər və bütün infrastrukturun hazır olmasını təmin etməlidirlər. Bu layihə cəmi yeddi və ya səkkiz gündür, ona görə də hələ çox iş var, lakin biz bunu başa vurmağa qərarlıyıq”, – Rubio əlavə edib.
Yeganə