Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır.Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz səviyyəsində, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.Bundan əlavə, 2026-cı ildə orta aylıq əməkhaqqının 1170,8 manat olacağı proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 69,2 manat artım deməkdir.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.