AZ

Qəhrəman şəhidimiz Samir Mehdiyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Samir Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Samir Mehdiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 23-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Samir Mehdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
27
qht.az

1Mənbələr