Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, qadınlar könüllü olaraq xidmət edə bilərlər, vəzifələrə də təyin oluna bilərlər:
“Lakin onların məcburi hərbi xidmətə cəlb olunmasına ehtiyac yoxdur. Azərbaycan Ordusu qarşısında duran ən çətin vəzifələri artıq yerinə yetirib. Ərazi bütövlüyümüz, sərhəd təhlükəsizliyimiz və suverenliyimiz təmin olunub. Belə olan halda, qadınları məcburi hərbi xidmətə cəld edərək onların həyat tərzinə müəyyən təsirlər göstərməyə ehtiyac yoxdur”.
Cavidan Mirzəzadə
Demokrat.az