AZ

Məşhur türk aktrisa vəfat etdi

Bir müddətdir xərçəng xəstəliyinə görə müalicə olunan aktrisa Neşe Aksoy 62 yaşında İzmirdə dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, Tarık Akan və Fikret Hakanla “Arkadaş” filmində oynayan və İngiltərədə rəssamlıq təhsili almış sənətçinin əsərləri bir sıra sərgilərdə də nümayiş olunub.

Qeyd edək ki, aktrisa ötən ilin aprel ayında öz sosial media hesabında paylaşım edərək ona xərçəng diaqnozu qoyulduğunu bildirmişdi.

Seçilən
105
kulis.az

1Mənbələr