Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə noyabrın 6-sı saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə noyabrın 7-də saat 12:00-da Energetika Nazirliyində təşkil ediləcək.
Həmçinin enerji auditoru ixtisas attestatını əldə etmək istəyən maraqlı şəxslərin məlumatlandırılması və prosesin təşviqi məqsədilə noyabrın 3-ü saat 12:00-da Energetika Nazirliyində “Enerji auditi nədir? Kimlər enerji auditoru ola bilər?” mövzusunda infosessiya keçiriləcək.
Ətraflı məlumatı nazirliyin rəsmi internet səhifəsində “Elanlar” bölməsindəki aşağıdakı linkə daxil olaraq almaq mümkündür.
 
                        