AZ

Tramp açıqlama verəcək

ABŞ prezidenti Donald Tramp bu gün yeni bəyanatla çıxış edəcək.

Busaat.az xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Çıxışın mövzusu açıqlanmır. Ağ Evin mətbuat katibi Caroline Levitt saat 19:00-da brifinq keçirəcək.

Bundan əvvəl Amerika lideri Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlamışdı. O, danışıqların effektivliyinə şübhə etdiyi üçün bu qərarı verdiyini deyib.

Oktyabrın 22-də ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə artırıldığını açıqlayıb. O, Vaşinqtonun Ukrayna ilə bağlı danışıqlara yanaşmasına görə Moskvaya qarşı tədbirləri sərtləşdirdiyinə aydınlıq gətirib.

Yeganə

Seçilən
72
busaat.az

1Mənbələr