AZ

Gender testindən imtina etdi, 5 illik diskvalifikasiya olundu

BAKI, 23 oktyabr. TELEQRAF

Portuqaliyalı üzgüçü Hannah Kaldas beş il müddətinə bütün yarışlardan uzaqlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyası qərar qəbul edib.

Bu, idmançının 2024 Masters Dünya Çempionatının qadınlar kateqoriyasında iştirak üçün tələb olunan cinsiyyətin təsdiqi testindən imtina etməsinə görə baş verib.

Beləliklə, Hannah Kaldas 2030-cu ilin oktyabr ayına qədər yarışlarda iştirak edə bilməyəcək. Həmçinin 2022-ci ilin iyunundan 2024-cü ilin oktyabrına qədər əldə etdiyi bütün nəticələr ləğv ediləcək.

Qeyd edək ki, 47 yaşlı transgender üzgüçü daha əvvəl qapalı şəraitdə keçirilən qayıq sürmə yarışlarında bir sıra uğurlar qazanıb və dünya rekorduna sahib olub. O, həmçinin krossfit idman növündə də fərqlənib.

Seçilən
74
1
teleqraf.com

3Mənbələr